BƏƏ-dəki Azərbaycan icması – "Mən Qarabağam!" dedi

~Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq BƏƏ-də yaşayan azərbaycanlılar "Mən Qarabağam! Vətən, biz səninləyik" adlı video-çarx hazırlayıblar.

~Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının  "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq BƏƏ-də yaşayan azərbaycanlılar "Mən Qarabağam! Vətən, biz səninləyik" adlı video-çarx hazırlayıblar.

Bu barədə "OLAYLAR"-a məlumat verən Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleyman deyib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müxtəlif əmirliklərində, Abu-Dabi, Dubay, Şarja, Ajman, Ras əl-Xeyma və digər şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə çəkilən video-çarxda soydaşlarımız  Vətəndən uzadqa yaşamalarına baxmayaraq, Vətənə dəstək və məhəbbətlərini ifadə ediblər. 

Qeyd edək ki, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Birləşmiş Ərəb Əmirliklərində yaşayan və çalışan soydaşlarımız tərəfindən fəallıq nümayiş etdirilir. Onlar sosial şəbəkələrdə Ermənistanın yalanlarını, fake xəbərlərini, ölkəmizə qarşı qanlı terror cinayətlərini  ifşa edən paylaşımlarla çıxış edirlər. BƏƏ-dəki həmvətənlərimizin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, insanlıq əleyhinə cinayətləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, hərbi işğal altında saxlaması faktı ilə bağlı sosial şəbəkələrdə əcnəbi dillərdə paylaşdıqları poster, video və paylaşımlar xarici auditoriyanın diqqətini  cəlb edir.

Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərən BƏƏ-də yaşayan azərbaycanlılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun, qəhrəman əsgərlərimizin düşmən üzərində qazandığı qələbələrdən sonsuz fəxarət hissi keçirdirlər. Onlar daima Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini dərin ehtiram hissi ilə yad edir, yaralı hərbiçilərimizə acil şəfalar diləyirlər.

BƏƏ-də yaşayan soydaşlarımız tam əmindirlər ki, qələbə doğma Vətənin, tarixin şanlı səhifələrini yazan qüdrətli Azərbaycanın olacaq, üç rəngli müqəddəs bayrağımız  Şuşada, Xankəndində və bütün Qarabağda dalğalanacaq!
.