Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş "Azərbaycanın Milli Kulinariyası" adlı tədbir təşkil edib.

Tədbirdə Azərbaycan mətbəxinin nümunələri, Novruzun atributları – şəkərbura, paxlava, qoğal təqdim edilib, Novruz xonçası bəzədilib. “Azərbaycanın Milli Kulinariyası”nın nümayişi milli musiqimizlə müşayiət olunub. Tədbirdə iştirak edən 200-ə yaxın qonağın arasında "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri və Azərbaycan Respublikasının Niderlanddakı səfirliyinin əməkdaşları ilə yanaşı, yerli və xarici iş adamları, Azərbaycanın dostları da olub. Novruz bayramının tarixi kökləri, ənənələri, atributları haqqında ətraflı məlumat alan dəvətlilər Azərbaycan kulinariyasının təamlarına qonaq ediliblər.