Kısa adı DAK olan Dünya Azerbaycan Kurultayı'nın Brüksel'de gerçekleştirdiği Kurultay haberini Azerice sizlerle paylaşıyoruz.
DAK BİRLİK KURULTAYINI BRÜKSEL'DE GERÇEKLEŞTİRDİ
Kısa adı DAK olan Dünya Azerbaycan Kurultayı'nın Brüksel'de gerçekleştirdiği Kurultay haberini Azerice sizlerle paylaşıyoruz.
Belçikanın paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları Konqresinin (DAK) XII Birlik Qurultayı keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, aprelin 28-də başlayan Qurultay 2 gün davam edib. Onlarla ölkədən iştirakçıların qatıldığı Qurultay, Azərbaycanın dövlət himninin səslənməsilə ilə öz işinə başlayıb.
DAK-ın birlik təşəbbüsünü dəstəkləyən Qurultay iştirakçıları öz məruzə və çıxışlarında əsasən Güney Azərbaycanda milli hüquqlar, insan haqları, Dağlıq Qarabağ məsələsi, Azərbaycan Cümhuriyyətinin demokratikləşməsi və diasporun inkişafı mözvularına toxunub və müxtəlif fikirlər irəli sürüblər. Qurultayda 3 prinsip xüsusi vurğulanıb:
1) DAK heç bir qüvvədən asılı olmamalı və müstəqil əməl etməlidir.
2) DAK diaspora fəaliyyətlərinə köklənməlidir.
3) DAK-da kimsə öz maraqlarına uyğun olaraq hər hansı bir siyasi və iqtisadi qazanc güdməməlidir.
Qurultayda dəfələrlə qeyd olunub ki, “DAK nəzərdə tutulan prinsiplər əsasında dünya arenasında daha aktiv olmalı və özfəaliyyətlərini genişləndirməlidir”.
İştirakçılar Qurultayın demokratik şəkildə keçirilməsini alqışlayıb və hər kəsin istədiyi kimi çıxış etməsini təqdirəlayiq olduğunu bildiriblər. Mandatı olan qatılımcılar azad bir atmosferdə səs veriblər. Onlardan 86 nəfəri səsvermə zamanı konfrans zalında (salon) olub və hamısı da səs veriblər.
Müzakirəyə çıxarılan DAK nizamnaməsi səs çoxluğ ilə təsdiq edilib.
Səsvermələr nəticəsində DAK İdarə Heyətinə 15 nəfər seçilib. Onlardan 9 nəfəri qərb ölkələri və Baltik Cümhuriyyətləri, 3 nəfəri MDB (Müstəqil Dövlətlər Birliyi) məkanı, 2 nəfəri Azərbaycan və 1 nəfəri isə Türkiyədən seçilib.
DAK Sədrlik Şurasına Mir Əşrəf Fətiyev, Cavad Derəxti və Əhməd Obalı həmsədr kimi seçiliblər.
DAK İcra Komitəsinin rəhbərliyinə isə Rusiya üzrə Oktay Hüseynov, Azərbaycan üzrə Baba Tağıyev, Avropa və qərb ölkələri üzrə Teymur Əminbəyli seçilib.
Qalan vəzifələrin isə 2 həftə ərzində müəyyənləşəcəyi bildirilib.