AZERBAYCAN’DA 10 MİLYONCU VATANDAŞ OLAN ÇOCUK DÜNYA’YA GELDİ…

Azerbaycan’da 10 Milyoncu vatandaş olan Mehriban Hasanova dünyaya geldi. 10 Milyoncu vatandaş olan Mehriban’ı ve ailesini ve Azerbaycan halkını Cumhurbaşkanı İlham Aliyev ve eşi Birinci Başkan yardımcısı Mehriban Aliyeva tebrik etti.

Azerbaycan’da 10 Milyoncu vatandaş olan Mehriban Hasanova dünyaya geldi. 10 Milyoncu vatandaş olan Mehriban’ı ve ailesini ve Azerbaycan halkını Cumhurbaşkanı İlham Aliyev ve eşi Birinci Başkan yardımcısı Mehriban Aliyeva tebrik etti.

6 Nisan 2019, sabah 10.30’da, Azerbaycan’ın 10 milyonuncu sakini Bakü’de doğdu. Bilgilere göre, Azerbaycan vatandaşları Rauf Hasanov ve Nigar Ocagova ailesinde doğan bir kızın ağırlığı 3.6 kg, yüksekliği – 52 santimetredir.

Konuyla ilgili olarak Azerbaycan basınında yer alan haberi sizlerle paylaşıyoruz.

Azərbaycanın 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

Biz 10 milyon olduq. 2003-2018-ci illərdə Azərbaycan əhalisinin sayı 1,8 milyon nəfər artıb

Aprelin 6-da saat 03:30-da Azərbaycanda bir körpə doğuldu və bununla da ölkə əhalisinin sayı 10 milyon nəfərə çatdı. AZƏRTAC xalqımızın sevincinə səbəb olan bu əlamətdar hadisə ilə bağlı bəzi araşdırmalar aparıb, ölkəmizdə demoqrafik vəziyyətin ayrı-ayrı mərhələlərinə, müxtəlif dövrlərdə ortaya çıxan problemlərə, eyni zamanda, son illər demoqrafik inkişafın təmin edilməsi istiqamətində atılan addımlara nəzər salıb.

Əvvəlcə, hər kəs üçün maraqlı ola biləcək bir faktdan başlayaq: 1897-ci ildə Azərbaycan əhalisinin sayı 1 milyon 807 min nəfər idi. 1997-ci ildə bu göstərici 7 milyon 847,5 min nəfər təşkil edirdi: yəni yüz ildə təxminən 6 milyon artım. Bu yüz ildə Azərbaycan dörd dəfə kəskin demoqrafik çətinliklərlə üzləşmişdi. Statistik məlumatlara əsasən, 1913-1920-ci illərdə Birinci Dünya müharibəsi, xarici müdaxilə, vətəndaş müharibəsi, ermənilər tərəfindәn azərbaycanlıların soyqırımı və digər hadisələrin təsiri nəticəsində əhalinin sayı 387 min nəfər azalmış, 2 milyon 339 min nəfərdən 1 milyon 952 min nəfərə enmişdi. Növbəti demoqrafik böhran 1941-1945-ci illərdə, Böyük Vətən müharibəsi zamanı yaşandı. Azərbaycan əhalisinin sayı 1940-cı ilin əvvəlindəki 3 milyon 274,3 min nəfərdən 1945-ci ilin əvvəlində 2 milyon 705,6 min nəfərədək azaldı. Biz müharibədən əvvəlki səviyyəyə yalnız 10 il sonra, 1955-ci ildə çata bildik.

1948-1953-cü illərdə Ermənistan ərazisindən 150 min nəfərdən çox azərbaycanlının deportasiya olunması, 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, bir milyon nəfərədək soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi, nəhayət, Qarabağ müharibəsi də demoqrafik vəziyyətə təsirsiz ötüşmədi.

Demoqrafik proseslər cəmiyyət həyatının bir çox sahələri ilə üzvi surətdə bağlı olan fenomendir. Sosial-iqtisadi vəziyyət demoqrafik proseslərə, o da öz növbəsində, sosial-iqtisadi hadisələrə təsir göstərir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş vermiş siyasi, sosial-iqtisadi dəyişikliklər, həyatın bütün sahələrini bürümüş böhran demoqrafik inkişafda öz izlərini qoymaya bilməzdi. Lakin ilk vaxtlar bu təsir lazımi səviyyədə öyrənilmir və ölkədə demoqrafik proseslərin inkişafı proqnozlaşdırılmırdı. Bu sahədə də dövlət siyasətinin əsasları ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyuldu. Ölkədə siyasi-iqtisadi təlatümlər nisbətən səngidikdən, sabitlik bərqərar olduqdan sonra demoqrafik inkişaf barədə düşünmək imkanı yarandı. Ulu Öndərin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq olundu. Beləliklə, ölkədə ilk dəfə olaraq mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi aparıldı, ona təsir göstərən əsas amillər - sağlamlığın pisləşməsi, doğum səviyyəsinin aşağı düşməsi, əhalinin ölüm səviyyəsinin, ana və uşaq ölümünün yüksək olaraq qalması, gözlənilən ömür müddətinin aşağı olması, əhalinin artım sürətinin azalması və digər problemlərin həlli təxirəsalınmaz vəzifə kimi qarşıya qoyuldu. Eyni zamanda, bu sahədə dövlət siyasətinin əsas məqsədi, vəzifələri və prinsipləri müəyyənləşdirildi, müvafiq dövlət proqramının hazırlanması təşəbbüsü qaldırıldı.

Həmin sənəddəki bəzi maraqlı faktları xatırlatmaq yerinə düşər. Azərbaycanda əhalinin ən sürətli artımı 1960-cı illərin əvvəllərində baş vermişdi. 1960-cı ildə keçmiş İttifaqda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 24,9 nəfər, təbii artım səviyyəsi 17,8 nəfər olmuşdursa, Azərbaycanda bu göstəricilər müvafiq surətdə 42,6 və 36,9 nəfər təşkil edirdi. Lakin 1965-ci ildən etibarən respublikamızda əhalinin doğum və təbii artım səviyyəsi tədricən aşağı düşməyə başladı və əsrin sonunda 1000 nəfərə düşən doğum səviyyəsi 17,4 nəfər, təbii artım səviyyəsi isə 11,2 nəfər azaldı. Əhalinin hər 1000 nəfərinə düşən ölüm səviyyəsi isə 1990-1994-cü illərdə, yəni atəşkəs dövrünədək 6,0 nəfərdən 7,3 nəfərədək qalxmışdı. Bir yaşınadək uşaqlar arasında ölüm səviyyəsi, eləcə də ana ölümləri də xeyli yüksək olaraq qalmaqda idi. Demoqrafik inkişafın ən mühüm göstəricilərindən biri olan nikah və boşanma səviyyəsi də ürəkaçan deyildi. 1991-1997-ci illərdə respublikada nikahların sayı xeyli azalaraq 74,4 mindən 47 minə düşmüş, boşanma hallarının sayı artmağa başlamışdı.

1999-cu ildə ölkəmizdə demoqrafiya siyasətinin əsas konturlarını müəyyənləşdirildikdən sonra növbəti mühüm addım atıldı. Prezident İlham Əliyevin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edildi. Bununla da demoqrafik proseslərin idarə olunması və nizamlaması istiqamətində yeni era başlandı. Demoqrafik inkişafı səciyyələndirən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yaxşılaşdırılması kimi məsələlərə kompleks yanaşma çox keçmədən öz bəhrəsini verməyə başladı. 2002-ci ildə Azərbaycanda 8 milyon 202,5 min nəfər əhali qeydə alınmışdı. 2010-cu ilin əvvəlində bu göstərici 9 milyon nəfərə çatdı...

İndi isə biz 10 milyonuq! 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son səkkiz ilin payına düşür.

Bir qədər əvvələ qayıdaq. 1995-ci ildən başlayaraq respublikamızda aparılan sosial-iqtisadi islahatlar əhalinin rifah halının yaxşılaşmasına səbəb oldu və nəticədə əsas demoqrafik göstəricilərdən biri sayılan ölüm səviyyəsinin azalmasında müsbət dəyişikliklər baş verdi. Əgər 1990-1994-cü illərdə bir sıra səbəblər üzündən, o cümlədən erməni təcavüzü nəticəsində ölüm əmsalı 6,1 faizdən 7,3 faizədək artmışdısa, sonrakı dövrdə bu göstərici azalaraq 2002-ci ildə 5,8 faizə enmişdi. Körpə ölümü isə üç dəfədən çox azalmışdı: 1990-cı ildə 9,8 faiz (ümumi əhalinin ölüm səviyyəsinə nisbətdə), 2002-ci ildə 3,1 faiz. Ölkə iqtisadiyyatının dinamik inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşması ömür uzunluğuna da müsbət təsirini göstərirdi. Belə ki, 1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71,1 yaşdan 69,1 yaşadək azaldığı halda, 1995-2002-ci illərdə bu göstərici 72,2 yaşadək artmışdı.

2003-2018-ci illəri Azərbaycanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər dövrü kimi səciyyələndirmək olar. Bu illər ərzində ölkədə 2 milyona yaxın yeni iş yeri yaradılıb, işsizlik 5 faizə enib. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə qədər azalıb. Əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Regionların misilsiz inkişafı kənddən şəhərə axını dayandırıb.

Əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlərə gəlincə, hətta ucqarlarda yaşayan insanlar müasir tibbi xidmətlə əhatə olunub. Şəhər və rayon xəstəxanaları, doğum evləri əsaslı təmir olunur və ya yeniləri tikilir. Prezidentin təşəbbüsü ilə əhali hər il pulsuz tibbi müayinədən keçirilir. Demək olar, bütün bölgələrdə yeni idman qurğuları, stadionlar tikilib.

İndi ölkədə heç bir çadır düşərgəsi qalmayıb. Məcburi köçkünlər üçün hər cür infrastruktura malik şəhərciklər, qəsəbələr salınıb: on beş ildə salınmış 100-dən çox qəsəbə və şəhərciyə 265 min nəfər köçürülüb.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə kompleks tədbirlər görülür: müavinətlər və pensiyalar, təqaüdlər, eləcə də minimum əməkhaqqı davamlı olaraq artırılır. Minlərlə gənc ailə ipoteka proqramından yararlanaraq mənzil sahibi olur, dövlət vəsaiti hesabına vətəndaşlar üçün sosial evlər tikilir. Bütün bunlar bəlkə də dünyada dövlətin öz vətəndaşına qayğısının analoqu olmayan nümunələridir. Hazırda sosial sahədə davam edən islahatlar inqilabi xarakter almaqdadır. Dövlətimizin başçısının 2019-cu ilin ilk aylarında imzaladığı fərman və sərəncamlara nəzər salsaq bunu aydın görə bilərik. Martın 1-dən minimum əməkhaqqı 38,5 faiz artırılaraq 130 manatdan 180 manata qaldırılıb. Prezidentin bu sərəncamı 600 min nəfəri əhatə edib. Yaxud, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən yaşa və əlilliyə, ailə başçısını itirməyə görə sosial müavinətlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği 150 manata, uşağın anadan olmasına görə müavinət 200 manata, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün sosial müavinətin məbləği 55 manata çatdırılıb və sair. Digər bir sərəncamla Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat ayrılıb.

Prezident cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Bunun nəticəsi olaraq ümumilikdə üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Ölkəmizdə getdikcə dərinləşən islahatlar iqtisadi və sosial sahələrin inkişafına təkan verməklə yanaşı, demoqrafik proseslərin idarə edilməsində də mühüm rol oynayır, ona birbaşa və ya dolayısı ilə öz müsbət təsirini göstərir

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı (TÜRKSOY) baş katibinin müavini, professor Fırat Purtaş AZƏRTAC-a müsahibəsində Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatmasını tarixi və strateji əhəmiyyətə malik hadisə adlandırıb. Türkiyəli professorun bu fikri ilə razılaşmamaq mümkün deyil: “Əhalinin artım dinamikasını saxlamaq müasir dövrdə bir çox ölkələr üçün böyük problemə çevrilib. Azərbaycanda və Türkiyədə isə əhalinin təbii artımındakı dinamik inkişaf dövlətlərimizin gücünə güc qatır”. Bu, həmçinin Prezident İlham Əliyevin müdrikcəsinə düşündüyü neft kapitalını insan kapitalına çevirmək strategiyasının təntənəsidir. Fırat Purtaşın qeyd etdiyi kimi, müasir təfəkkürlü, elmli və milli düşüncəli gənc nəslin yetişməsinin əsasında məhz əhalinin təbii artımı dayanır.

Xalqımızın və dostlarımızın hədsiz sevincinə səbəb olan mühüm hadisə - Azərbaycanın 10 milyonuncu sakininin doğulması dövlətimizin başçısı İlham Əliyevin növbəti müddətə prezident seçilməsinin birinci ildönümü ərəfəsinə təsadüf etdi. Yuxarıda vurğulandığı kimi, demoqrafik inkişafla ölkənin sosial-iqtisadi vəziyyəti arasında üzvi bağlılıq var. İnsanlar bunu öz gündəlik həyatlarında hiss edir, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar kursunu rəğbətlə qarşılayır, yüksək qiymətləndirirlər. Fransanın “Opinion Way” şirkətinin Azərbaycan əhalisi arasında keçirdiyi rəy sorğusunun nəticələri buna ən yeni misal ola bilər. Təsadüfi deyil ki, sorğuda iştirak edən respondentlərin 80 faizindən çoxu ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Çünki dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Azərbaycanda əhali sayının 10 milyon nəfərə çatması da xalqın təqdir etdiyi və dəstəklədiyi sosialyönümlü siyasətin növbəti təzahürüdür, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına daha bir sübutdur.